Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
12.03.2025 [21:42]
Xəbərin mətni
Martın 12-13-də Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi vətəndaşların operativ şəkildə müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.