Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Lənkəranda bayramqabağı balığın qiymətində artım müşahidə olunur

13.03.2025 [17:22]

Xəbərin mətni

Cənub bölgəsində Novruz bayramı ərəfəsində süfrələrin əsas neməti olan balığın qiymətində artım müşahidə edilir. Bu artım xüsusilə martın ilk günlərindən daha çox hiss olunur. Alıcılar bildirirlər ki, əvvəllər daha münasib qiymətə əldə edə bildikləri balıqları, indi baha qiymətə alırlar.