Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar Universitetdə Novruz şənliyi keçirilib

14.03.2025 [20:56]

Xəbərin mətni

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə şənlik keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib. Çıxış edən universitetin rektoru Zəfər Qurbanov xalqımızın qədim və əziz bayramı Novruz münasibətilə tədbir iştirakçılarını təbrik edərək, onlara xoş arzularını çatdırıb. Rektor Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində erməni işğalından azad olunan Qarabağda Novruz bayramının qeyd edilməsinin böyük mənəvi əhəmiyyətinə də toxunub.

Bölmənin digər videoları