Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb

14.03.2025 [21:00]

Xəbərin mətni

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ikinci günündə işini panel iclaslarla davam etdirib. AZƏRTAC xəbər verir ki, Latviyanın sabiq prezidenti Valdis Zatlersin moderatorluğu ilə keçirilən sessiya "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusuna həsr edilib. Panel sessiyada Bosniya və Herseqovina prezidentliyinin serb üzvü Zeljka Cvijanovic, Nigeriyanın sabiq prezidenti Olusequn Obasanjo, Moldovanın sabiq baş naziri Nataliya Qavrilita, Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev, Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku, Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Sinqapur Parlamentinin sabiq üzvü Penni Lovun çıxışları dinlənilib.

Bölmənin digər videoları