Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

16.03.2025 [14:08]

Xəbərin mətni

Martın 16-da saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.