Qalib Həsənoğlu: Azərbaycanın Qarabağ Zəfərinə və onu ölkəmizə bəxş edən şəxsiyyətə musiqi həsr etmək istəyirəm
17.03.2025 [15:19]
Xəbərin mətni
Səyyah Tur Heyerdal azərbaycanlılarla norveçlilərin qohumluq əlaqələrindən bəhs edərkən sonuncuların əcdadlarının təxminən iki min il əvvəl Azərbaycandan Skandinaviyaya köç etdiyini iddia edirdi. Bu gün iki ölkə arasında güclü diplomatik, iqtisadi və mədəni əlaqələr mövcuddur.
Bu mədəniyyət körpüsünün rəmzlərindən biri də yaradıcılığında Şərq və Qərb ənənələrini birləşdirən Azərbaycan-Norveç bəstəkarı Qalib Həsənoğludur. Onun musiqi yolu Azərbaycanda Fikrət Əmirov və Qara Qarayev kimi görkəmli bəstəkarlardan dərs almaqla başlayıb. Soydaşımız 2000-ci illərin əvvəlindən Norveçdə yaşayır və burada yaradıcılığını davam etdirir.