Azərbaycan Dövlət İnformasiya Agentliyi

MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub

18.03.2025 [00:05]

Xəbərin mətni

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.