Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 106 il ötür
28.03.2025 [18:51]
Kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib. Bu yaxınlarda yayımlanan “Global Terrorism İndex 2025”-ə görə Azərbaycan dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri hesab olunur. Ölkəmizin yüksək təhlükəsizlik səviyyəsinə nail olmasında Azərbaycan təhlükəsizlik orqanlarının rolu xüsusi olaraq, vurğulanmalıdır.