Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mariya İzabella Saliqa: Fransanın müstəmləkəçilik siyasəti nəticəsində xalqların milli-mənəvi dəyərləri məhv olur

29.03.2025 [16:58]

Xəbərin mətni

Fransanın müstəmləkəçilik siyasəti nəticəsində xalqların milli-mənəvi dəyərləri və adət-ənənələri məhv olmaq ərəfəsindədir. Bu siyasət xalqların tarixində ağır yaralara yol açıb. Bu sözləri “Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının prezidenti Mariya İzabella Saliqa Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda deyib.