31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
31.03.2025 [12:00]
XX əsrin əvvəlləri Qafqaz regionunda siyasi təlatümlərin, qeyri-sabitliyin hökm sürdüyü bir dövr idi. Rusiya imperiyasının süqutu ilə yaranan hakimiyyət boşluğu erməni millətçi dairələrinin fəallaşmasına zəmin yaratdı. “Daşnaksütyun” partiyası və digər silahlı erməni dəstələri azərbaycanlılara qarşı planlı şəkildə etnik təmizləmə siyasətinə başladılar. 1918-ci ilin mart ayında Bakı Soveti və Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik-erməni qüvvələri şəhərdə yaşayan dinc əhaliyə qarşı kütləvi qırğın törətdilər.