Ermənistanın ekoloji cinayətləri rəqəmsal xəritədə əks olunub
02.04.2025 [18:09]
Azərbaycan regionda ekoloji problemlərin həlli üçün mühüm addımlar atmağa davam edir. Ermənistanın dağ-mədən sənayesinin yaratdığı ekoloji fəsadlara dair yeni araşdırmalar bunun əyani sübutudur. “Environmental Protection First” Koalisiyasının Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə hazırladığı interaktiv rəqəmsal xəritə də elə məhz bu qəbildəndir.