ANAMA və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyun təşkil olunub
04.04.2025 [15:25]
Xəbərin mətni
4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür. Bu məqsədlə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda "Minalara yox deyək" şüarı altında amputant futbol komandaları arasında yoldaşlıq oyunu keçirilib.