Sabirabadda uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri təşkil olunub
04.04.2025 [23:00]
Xəbərin mətni
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti üçün ustad dərslərinin keçirilməsinə başlanılıb. Dərslər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Sabirabad şəhərində tədris olunur.