Nazir müavini: Bərpaolunan mənbələrdən əldə edilən enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılıb
07.04.2025 [16:50]
Xəbərin mətni
Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrinə fəal şəkildə sərmayə yatırılır. 2027-ci ilə qədər biz bərpaolunan enerji mənbələri sahəsində 10 layihə həyata keçirməyi planlaşdırırıq ki, bu da müəyyən edilmiş gücün təxminən 2 giqavatını və 2,7 milyard dollar məbləğində investisiyanın cəlb edilməsini təmin edəcək. Bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov ADA Universitetində keçirilən “İnnovativ yollarla yaşıl gələcəyə doğru” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib