Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

09.04.2025 [16:16]

Xəbərin mətni

Moskvada Rusiya Səhiyyə Nazirliyinin “NMİK radiologiya” Federal Dövlət Büdcə Müəssisəsinin (FDBM) Elmi şurasında Rusiya Elmlər Akademiyasının (REA) akademiki Məmməd Əliyevin 70 illik yubileyinə və onun “Sümük və yumşaq toxumalarda şişlər” milli tədqiqat əsərinə həsr olunmuş təntənəli iclas keçirilib.