Azərbaycan Dövlət İnformasiya Agentliyi

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırıb

09.04.2025 [17:29]

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2025-2026-cı illər üçün artım proqnozunu açıqlayıb. Proqnoza əsasən ölkə iqtisadiyyatı 2025-ci ildə 3.4%, 2026-cı ildə isə 3.3% artacaq. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə cari ilin əvvəlində iqtisadi artım tempində bir qədər azalma müşahidə edilsə də, 2025-ci ilin ikinci yarısı yüksəlişin qeydə alınacağı gözlənilir.