Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük qayıdış: Suqovuşanda daha 54 ailəyə mənzillərin açarları təqdim olunub

09.04.2025 [18:06]

Xəbərin mətni

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Suqovuşan kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Bu mərhələdə Suqovuşan kəndinə 54 ailə - 179 nəfər köçürülüb. Suqovuşana köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.