Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb

10.04.2025 [15:54]

Xəbərin mətni

Aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilir. Konfransın açılış mərasimində çıxış edən ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov konfransın Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunduğunu bildirib.