Gəncədə qidadan zəhərlənən 6 nəfər evə buraxılıb
11.04.2025 [14:09]
Xəbərin mətni
Bu gün saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 5 qadın və 1 kişi olmaqla 6 nəfər hospitalizasiya olunub. TƏBİB-dən verilən məlumata əsasən, dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.