300 bal toplayan şagirdlər: Uğura aparan yol, inam və zəhmət
11.04.2025 [19:51]
Xəbərin mətni
Dövlət İmtahan Mərkəzi martın 2-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Ölkə üzrə 23 şagird maksimum nəticə - 300 bal toplayaraq öz bilik və zəhmətinin bəhrəsini görüb. Ən yüksək göstərici isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin payına düşür. Bu bölgənin 3 istedadlı gənci - 2-si Şəkidən, 1-i isə Qəbələdən bu uğura imza atıb.