Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb
13.04.2025 [18:51]
Xəbərin mətni
Milli Müdafiə Universitetinin (MMU) Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Mirzəyev Murad Telman oğlunun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları iştirak ediblər.