Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmanətlərimizi hansı valyutada yerləşdirək?

14.04.2025 [19:00]

Azərbaycanda banklara qoyulan əmanətlərin həcmi artıb. Mərkəzi Bankın statistikasına əsasən, cari ildə banklara yerləşdirilən əmanətlər ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artıb. Valyuta seçiminə gəldikdə isə, depozitlərin böyük hissəsi manatla formalaşıb. Azərbaycan Banklar Assosiasiyasının eksperti Fərəc Axundov bildirib ki, bank depozitlərinin artması və manatla olan əmanətlərin üstünlük təşkil etməsinin  bir neçə səbəbi var.