Gəncənin Məhsəti qəsəbəsində həyətlərə və evlərə dolan yağış suları çəkilir
15.04.2025 [13:45]
Xəbərin mətni
Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı Gəncə şəhərinə yağan yağışlar nəticəsində Gəncə şəhərinin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub. Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Gəncə şəhər Sukanal İdarəsi və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunublar. Həyətlərə və evlərə dolan sular çəkilir, yağış sularının istiqamətinin dəyişdirilməsi üçün iş görülür.