Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür

15.04.2025 [16:22]

Xəbərin mətni

Azərbaycan tibb elminin unudulmaz siması, akademik Zərifə Əliyevanın anım günüdür. Onun ömrü – insan gözünə nur bəxş etməyə həsr olunmuş bir həyat hekayəsidir. “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”, - deyən Zərifə xanım xəstələrini doğmalarından ayırmır, onların gözlərinə nur bəxş etmək üçün əlindən gələni əsirgəmirdi.Onun əlləri ilə işıq tapmış gözlər, onun qayğısı ilə şəfa tapmış həyat hekayələri bu gün minlərlə insanın xatirəsində yaşayır.