İsmət Səttarov: BRAF-ın 11-ci Toplantısının Bakıda keçirilməsi olduqca qürurvericidir
15.04.2025 [16:36]
Xəbərin mətni
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısının Bakıda keçirilməsi olduqca qürurvericidir. Zəngin mədəniyyətə, tarixə, adət-ənənələrə malik bir çox ölkəni birləşdirən, eyni zamanda, müasir siyasətdə mühüm rol oynayan forumun Bakıda keçirilməsi bizim üçün böyük şərəf və böyük məsuliyyətdir. Bu fikirləri Audiovizual Şuranın sədri İsmət Səttarov aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında çıxışı zamanı deyib.