Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il bank sektorunun kredit portfelinin dollarlaşması tarixi minimuma düşüb

15.04.2025 [16:58]

Xəbərin mətni

2024-cü il ərzində bank sektorunun kredit portfelinin dollarlaşması 2,7 faiz azalaraq tarixi minimum səviyyəsinə 16 faizə düşüb. Bu sözləri Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov maliyyə sabitliyi hesabatına dair keçirilən brifinqdə deyib.