Azərbaycan Dövlət İnformasiya Agentliyi

Armela Krasniqi: Böyük platformalarda uşaqların müdafiəsinin tənzimlənməsinə təcili ehtiyac var

15.04.2025 [17:13]

Xəbərin mətni

Televiziya və radio yayımında uşaqların müdafiəsi tənzimlənsə də, digər media xidmətlərində, məsələn feysbuk, instaqram, tiktok və “X” kimi digər böyük platformalarda uşaqların müdafiəsinin tənzimlənməsinə təcili ehtiyac var. Bu sözləri jurnalistlərə müsahibəsində Albaniyanın Audiovizual Media İdarəsinin sədri Armela Krasniqi deyib.