Deniz Güler: BRAF Toplantısında əsas məsələ uşaqların mediada zərərli məzmunlardan qorunmasıdır
15.04.2025 [17:53]
Xəbərin mətni
RTÜK zərərli məzmunları mütəmadi olaraq nəzarətdə saxlayır və monitorinqlər aparır. Ehtiyac olduqda, bu məzmunlara qarşı inzibati tədbirlər, yəni cəzalar tətbiq edirik. Lakin məsələ təkcə cəza tətbiqetməsi ilə məhdudlaşmır. Eyni zamanda, cəmiyyətin bu mövzuda maarifləndirilməsi də olduqca vacibdir. Bu fikirləri Radio və Televiziya Üzrə Tənzimləyici Qurumun (RTÜK) sədr müavini Deniz Güler aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında jurnalistlərə açıqlaması zamanı deyib.