Masallıda “EV: Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılıb
15.04.2025 [20:08]
Xəbərin mətni
Masallı Dövlət Rəsm Qalereyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “EV: Embracing Variety” – “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar təşkil olunub. “EV: Embracing Variety” – “Müxtəlifliyə qucaq açaq” səyyar sərgisi Azərbaycanda etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, müxtəlif etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirmək məqsədilə keçirilib.