Damcılı bulağında nadir təbiət hadisəsi müşahidə edilib
15.04.2025 [20:31]
Xəbərin mətni
Bir neçə gündür qərb bölgəsində, o cümlədən Qazaxda müşahidə olunan güclü yağışlar nəticəsində Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində, Damcılı bulağında maraqlı təbiət hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, dağlardan süzülən sular birləşərək güclü axın əmələ gətirib və bu da füsunkar şəlalənin yaranmasına səbəb olub.