Nyu-Yorkda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilir
15.04.2025 [22:41]
Xəbərin mətni
BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilir. AZƏRTAC xəbər verir ki, tədbir Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində təşkil olunub. Konfransda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupa, Martinika, Kanaki (Yeni Kaledoniya), Sint-Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasından siyasətçilər və fəallar, BMT-dəki bir sıra daimi nümayəndəliklərin təmsilçiləri, ECOSOC statuslu QHT nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.