115 yaşlı Pərizadə nənə: Sağlam qalmağın əsas şərtlərindən biri düzgün qidalanmaqdır
16.04.2025 [22:59]
Xəbərin mətni
Pərizadə Ağaverdi qızı Mahmudova Salyanın ən yaşlı sakinidir. 1910-cu ildə Salyanın Xələc (hazırkı Yenikənd) kəndində anadan olan P.Mahmudovanın 115 yaşı var. O, 6-sı qız, 2-si oğlan olmaqla, 8 övlad böyüdüb. Övladlarından ən yaşlısı 80 yaşındadır. Pərizadə nənənin 27 nəvəsi, 43 nəticəsi və 1 kötükcəsi var.