Ceyhun Bayramov: Sloveniya ilə münasibətlərə qarşılıqlı hörmət prinsipləri əsasında baxırıq
17.04.2025 [16:53]
Xəbərin mətni
2026-cı ildə Azərbaycan ilə Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Biz münasibətlərimizə qarşılıqlı hörmət, bir-birinin maraqlarına diqqətli və anlayışlı yanaşma prinsipləri əsasında baxırıq. Bunu aprelin 17-də Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonla birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.