Sloveniyalı nazir: Azərbaycanla ticarət əməkdaşlığının genişləndirilməsində böyük potensial mövcuddur
17.04.2025 [17:37]
Xəbərin mətni
Azərbaycan və Sloveniya arasında ticarət əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bunu Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.