Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb
18.04.2025 [12:37]
Xəbərin mətni
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi xarici diplomatlar əvvəlcə Qarabağ Universitetinə gəliblər.