Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsuda selin dağıtdığı yol bərpa olunur

18.04.2025 [19:37]

Xəbərin mətni

Bu günlərdə havaların qeyri-sabit keçməsi nəticəsində Ağsuçayın məcrasından çıxan sel suları Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salmışdı. Təbii fəlakət nəticəsində Maşadqanlı kəndi ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsi kəsilmiş, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları, həmçinin texnika cəlb olunmuşdu.