Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdaşda Uşaq İncəsənət Festivalının ilk seçim turu başlayıb

23.04.2025 [19:21]

Xəbərin mətni

Ağdaş rayonunda Uşaq İncəsənət Festivalının birinci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib. Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədilə Ağdaş rayon Heydər Əliyev Mərkəzinin qarşısında həyata keçirilən tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib.