Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin XİN rəsmisi: Azərbaycanla qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli münasibətlərin inkişafına yönəlib

24.04.2025 [17:18]

Xəbərin mətni

Azərbaycan ilə Çin arasında viza rejiminin qarşılıqlı olaraq ləğv edilməsi ikitərəfli münasibətlərin inkişafına yönəlib. Bu fikri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Quo Ciakun Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin imzalanması ilə bağlı suala cavabında deyib.