Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistan kosmosun sülh şəraitində tədqiqi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır

24.04.2025 [17:20]

Xəbərin mətni

Pakistan kosmosun sülh şəraitində tədqiqi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu Pakistanın Kosmik və Üst Atmosfer Tədqiqatları Komissiyasının (SUPARCO) sədri Məhəmməd Yusuf Xan Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində birinci panel sessiyada çıxışı zamanı deyib.