Nazir: Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri münasibətlərimizin perspektivləri baxımından böyük bir imkandır
25.04.2025 [15:36]
Xəbərin mətni
Bu gün, 9 illik fasilədən sonra Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfərini yüksək qiymətləndiririk. Bu səfər, münasibətlərimizin mövcud vəziyyəti və perspektivləri baxımından böyük bir imkandır. Bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.