Nazir: Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir
25.04.2025 [16:07]
Xəbərin mətni
2020-ci ilin noyabrından bu günə qədər təxminən 400 nəfər mina partlayışlarının qurbanı olub. Bu, təkcə bizim üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir. Bu fikriləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında səsləndirib.