SİYASƏT


Azərbaycanın yaxın dostu, Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəl dünyasını dəyişib

91 yaşlı siyasətçi bu gecə nəfəs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib. Süleyman Dəmirəl hakimiyyəti illərində Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında səmimi, mehriban əlaqələr yaratmaqda yanaşı, xalqımızın ümummilli lideri Heydər Əliyevin yaxın dostu olub.