Ali nümayəndə: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır
25.04.2025 [16:14]
Xəbərin mətni
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.