Xarici işlər naziri: Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur
25.04.2025 [19:44]
Xəbərin mətni
Minsk qrupu məhz Qarabağ məsələsini həll etmək üçün təsis edilmişdi və artıq ərazilərimiz işğaldan azad edilib. Ona görə də Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.