Azərbaycan taekvondoçusu Ayxan Tağızadə finala vəsiqə qazanıb
17.06.2015 [17:45]
Xəbərin mətni
Kişilər arasında taekvondo üzrə 68 kiloqram çəki dərəcəsində yarışın yarımfinalında Azərbaycan idmançısı, yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı Ayxan Tağızadə rusiyalı Aleksey Denisenko ilə qarşılaşıb.
Taekvondoçumuz rəqibini 7:5 hesabı ilə məğlub edərək finala yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançımızın oyununu izləyiblər.