Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycana 9-cu qızıl medalı sərbəst güləşçi Toğrul Əsgərov qazandırdı

17.06.2015 [20:17]

Xəbərin mətni
Toğrul Əsgərov final görüşünün birinci hissəsində İtaliya təmsilçisi Frank Markez Çamizonun kürəyini yerə vuraraq təmiz qələbə qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.