® "Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir
25.04.2025 [18:30]
İnnovasiya və sürət lideri “Bakcell” 2024-cü ildə həyata keçirdiyi strateji və vizual yenilənmə ilə bu gün rebrendinqinin ilk ildönümünü qeyd edir. Son bir il ərzində “Bakcell” rəqəmsal gələcəyə doğru sürətlə addımlayaraq, yenilənmiş dizayn və brend strategiyası ilə innovasiya və süni intellekt dəstəkli həllərdən daha geniş şəkildə istifadə etməyə başlayıb. Strategiya çərçivəsində müştərilərə “Birinci Tariff”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri”, “Bakcell Kart”, “Tarif məsləhətçisi” kimi innovativ məhsul və xidmətlər təqdim edilib. Bu yeniliklər, ilk növbədə, müştərilər üçün innovativ məhsul və xidmətlərin artırılması, bununla da müştəri təcrübəsinin zənginləşdirilməsini hədəfləyir.