Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı aktyor Amerikada keçirilən ”America s got Talent” müsabiqəsində iştirak edib

18.06.2015 [17:36]

Yarışmaya yaşadığı Las-Veqas şəhərindən qatılan 39 yaşlı azərbaycanlı aktyor Üzeyir Novruzov səhnədə məşhur kino ulduzu Çarli Çaplin obrazını yaradıb. Üzeyir Novruzovun çıxışını münsiflər heyəti ayaqüstə alqışlayıblar. Azərbaycanlı iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb.