Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib

01.05.2025 [10:57]

Xəbərin mətni

Əlahiddə Ümumqoşun Ordunun 2025-ci il üçün hazırlıq planına uyğun olaraq, komanda-qərargah təlimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.