Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib
03.05.2025 [12:06]
Xəbərin mətni
Oğuz rayon sakini, 29 yaşlı Kənan Əzizov idarə etdiyi “Toyota Prius” minik avtomobili ilə Bayan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi törədib. AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Avtomobildəki sərnişin, 25 yaşlı Ürfan Məcidov isə hadisə yerində ölüb.